The Boeing şirkəti mart ayında 737 tipli təyyarə satışı ilə bağlı heç bir müqavilə bağlamayıb, The Wall Street Journal yazır ki, bu, yeddi il ərzində ilk dəfədir baş verir.
Müqayisə üçün, yanvar ayında “Boeing” 24 dənə 737 MAX təyyarəsini buraxıb. Fevralda – 27 dənə. Şirkət həmçinin “Boeing”-in köhnə modifikasiyaları üçün 78 sifariş qəbul edib.
Xatırladaq ki, 2018-ci ilin 29 noyabr tarixində Boeing 737 Max 8 təyyarəsi İndoneziya sahilləri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin 189 sərnişini həlak olub. 2019-cu ilin 10 mart tarixində isə eyni təyyarə modelinin Afrika qitəsində qəzaya uğraması qeydə alınıb. Bu qəza zamanı 157 nəfər həlak olub.
Fəlakətlərdən sonra demək olar ki, bütün dünya ölkələri bu təyyarələrin öz hava məkanı daxilində uçuşlara qarşı qadağa qoyub. “Boeing” müvəqqəti olaraq 737 MAX təyyarələrinin istehsalını 20% azaltmağı planlayır – ayda 42 dənə.