“Honda” avtomobillərini geri çağırır

Date:

Paylaş:

“Honda” şirkətinin lüks brendi olan “Acura” dünyanın hər yerindən özünün 360 min avtomobilinin geri çağırılması barədə elan verib.

Şirkət avtomobillərin geri çağırılmasının fənərlərdəki qüsurla bağlı olduğunu təsdiqləyir. Bu qüsur nəticəsində su keyfiyyətsiz bərkimə vasitəsilə arxa fənərlərə keçərək elektriklə bağlı problem yarada bilər. Geri çağırılma əsasən 2014-2019-cu illərdə ABŞ-da istehsal edilmiş “MDX” markalarına aiddir. Şirkətin nümayəndələri, həmçinin bəyan ediblər ki, “Acura” göstərilən qüsurla bağlı qəza və zədələr haqqında heç bir məlumat almayıb.

Qeyd olunur ki, avtomobillərin geri çağırılması zamanı “Acura”nın rəsmi dilerləri qüsuru aradan götürəcək, zərurət yaranacağı təqdirdə yenisi quraşdırılacaq. Bu avtomobillərin qeydiyyatdan keçmiş sahibləri gələn ayın əvvəlində avtomobillərin geri çağırılması barədə rəsmi fərdi bildiriş alacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...