“Microsoft” Chromium açıq mənbə mühərriki üzərində qurulan Edge brauzerinin ilk ictimai yığmalarını nəşr edib – Google Chrome da onun əsasında işləyir.
Yükləmə üçün iki yığma mövcuddur: hər gecə yenilənən Canary və hər həftə yenilənən Dev. Çox istifadəçiyə uyğun olan tam versiya hələki çıxmayıb.
Yeni Edge brauzerinin dizaynı, köhnə brauzer və Chrome-un qarışığına bənzəyir, VentureBeat qeyd edir. Istifadəçi yeni nişanların üç variantdan birini seçə bilər: arxa fonunda axtarış xətli “İlhamlandırıcı”, axtarış xətli və ziyarət edilən saytların siyahısı ilə “Fokuslanmış” və ya axtarış xətli və xəbər lentli “İnformativ”.
Brauzer üçün bu genişlənməyi Microsoft Store və ya Chrome Web Store vasitəsilə yükləyə bilərsiniz.
Hələ ki, Edge brauzerində funksiyaların yalnız bir hissəsi işləyir. İşləməyən funksiyalara PDF formatının dəstəklənməsi, səhifələrdə rəsm çəkmə və Android üçün Edge aid etmək olar. Tətbiqin dizaynı dəyişilə bilər, VentureBeat dəqiqləşdirir. “Microsoft” köhnə Edge brauzerini yeniləmə vasitəsilə dəyişəcək.
2015-ci ildə bəri Edge öz mühərriki ilə çalışıb. Brauzerin Chromium-a keçməsi ilə istifadəçilərin sinxronizasiya ilə bağlı bir sıra problemləri həll olacaqdır, “Microsoft” hesab edir.