Kompüter elektronikası bazarında durğunluq yaşanacaq

Date:

Paylaş:

“Gartner”in analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal fərdi kompüter bazarında durğunluq davam edəcək, 2021-ci ilədək tədarük həcminin azalması tendensiyası güclənəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu il fərdi kompüter istehsalçıları 258,3 milyon qurğu buraxacaqlar. 2018-ci illə müqayisədə tədarük həcmi 0,6% azalacaq.
 
Ənənəvi fərdi kompüter seqmentində tədarük həcminin 3% azalaraq 189 milyon olacağı gözlənilir. Ultraportativ cihazlar kateqoriyası üzrə 64,5-dən 68,87 milyonadək artım qeydə alınacaq.
 
Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ilədək peşəkar istifadə üçün fərdi kompüter bazarının 75%-i “Windows 10” sisteminin idarəetməsi altında işləyəcək.
 
2020-ci ildə kompüterlərin tədarük həcmi 257,3 milyon, 2021-ci ildə isə təxminən 255 milyon təşkil edəcək.
 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...