Defisit marketinqi: hələ də işləyir?

Date:

Paylaş:

Eksklüzivlik hissi və yüksək keyfiyyətli məhsullar üçün məhdud təkliflərin yaradılması, məhsullarınızı və ya xidmətlərinizi satmaq üçün güclü bir vasitə ola bilər. Lakin, bunu hansı yollarla etməyiniz də çox vacibdir.

Bizim günlərdə hər şey çox sadə və əlçatan görünür. Bir neçə “klik” vasitəsilə istədiyimiz hər bir şeyi əldə etmək imkanımız var (ərzaqlar, geyim, nəqliyyat).

Əgər insanlar istədiyini bir şirkətdən ala bilmirlərsə, onlar başqa şirkətə müraciət edirlər.

Belə şəraitdə sizə elə gələ bilər ki, defisit marketinqi keçmişdə qalıb. Lakin bu həqiqətdən uzaqdır. Bildiyimiz kimi, malların çoxluğu insanların öz seçimlərində daha diqqətli olmasına səbəb olur. Beləliklə, əgər hər şeyi düzgün etsəniz, defisit marketinqi məhsul və ya xidmətlərinizi satmaq üçün inanılmaz dərəcədə güclü bir vasitə ola bilər.

Defisit marketinqindən rasional istifadə etmək üçün, aşağıda deyilənlərə diqqət yetirməyiniz tövsiyə olunur.

Defisit marketinqi necə işləyir

Defisit marketinqi çox sadə prinsipə əsaslanır: qorxu insanları hərəkət etməyə sövq edir. Bu, bir çox şeyin qarşısında qorxu ola bilər: qaçırmaq qorxusu, ictimai utanmanın qorxusu, rəng qorxusu və s.

Məsələn, Disney-i götürün. Neçə illəridir ki, Disney öz klassik filmlərini kilid altında saxlayır. Daha sonra onlar bu bazanı açaraq, məhdud bir müddət ərzində filmlərdən bir neçəsini yenidən yayıma buraxırlar. Əgər sevdiyiniz bir cizgi filminin nüsxəsini almaq istəyirsinizsə, onu həmin dövrdə almalısınız, əks halda isə bu fürsəti əldən vermiş olacaqsınız.

Bu, çox sadə strategiyadır, lakin o qədər mükəmməl işlənib hazırlanıb ki, hər dəfə özünə yeni nəsil alıcıları cəlb edir. Nəticədə, amerikanların evində Disney cizgi filmlərinin yeri ayrıdır. Bunun səbəbi isə defisit marketinqidir.

Disney şirkətinin nümayəndələrinə görə, müəyyən əşyalar uzun müddət ərzində əlçatan olduqda, əmtəəyə çevrilmiş olurlar. Qısa bir müddət ərzində əlçatan olan hər hansısa bir şey isə bizim gözümüzdə xüsusiləşir. Adətən çətinliklə əldə etdiyimiz və ya dəyişə bilmədiyimiz əşyalara qayğı göstəririk. Bu da onların dəyərini daha da artırmış olur.

Defisit sizin xeyrinizə işləyir

Məlum olmuşdur ki, iki günlük çatdırılma və “Bunu indi istəyirəm” prinsipini rəhbər tutmuş digər bu kimi xidmətlər, defisit marketinqinin effektivliyini artırıb. İnsanla məhdud təchizata və ya gözləməyə öyrəşməyibər, ona görə də defisitin təsiri olduqca yüksəkdir.

Bu, yaxşı xəbərdir, çünki bu o deməkdir ki, marketin defisitini realizə etmək üçün nəhəng bir şirkət olmağınıza heç bir ehtiyac yoxdur.

Keyfiyyətə önəm verin

DIY layihəsini dadmış hər bir kəs bilir ki, keyfiyyət çoxlu vaxt və güc tələb edir. Nəticədə biz qəbul edirik ki, keyfiyyət və kəmiyyət arasında asılılıq var: keyfiyyət nə qədər yüksək olarsa, kəmiyyət bir o qədər aşağı olar.

Məsələn, alkoqol məhsullarını götürək. Uzun əsrlər boyu müxtəlif faktorlar (yerli hava şəraiti və torpaq şərtləri, vaxt və məhsulun keyfiyyəti, fermentasiyanın texnikası, yaş və s.) alkoqolu məhdud saylı seriyanın məhsullarına aid ediblər. Əlbəttə ki, ucuz şərab ala bilərsiniz, lakin yaxşı məhsul əldə etmək istəyirsinizsə, uyğun il və markalı şərab almağınız tövsiyə olunur.

Çox vaxt yaxşı alkoqol məhdud sayda olur.

Məsələn, Pappy Van Winkle’s ildə cəmi 7000 yeşik viski istehsal edir. Sizcə onlar daha çox viski istehsal edə bilərlərmi? Bəlkə də, lakin onlar keyfiyyətə önəm verərək, insanların daha çox pul ödəyəcəyi bir məhsul istehsal ediblər.

Eksklüzivlik hissini yaradın

Defisitlik marketinqinin güclü tərəflərindən biri də odur ki, o, insanlarda eksklüzivlik hissini yaradır.

Marketinq defisiti “sahib olan” və “sahib olmayan” ları formalaşdırır, bu isə üstünlük və ya əskiklik hisslərini yaradır.

Məsələn, Gmail və Pinterest kimi onlayn platformalar, inkişafının ilk mərhələsində defisit marketinqindən istifadə etmişlər. Belə ki, bu platformalara yalnız dəvətnamə ilə daxil olmaq mümkün idi. Əgər elə bir dəvətnaməniz var idisə, eksklüziv məhsullardan yararlanan elita qrupuna daxil olmuş olurdunuz.

Gmail və ya Pinterest-in digər sosial platformalardan üstün olub-olmaması vacib deyil. Əsas odur ki, bu platformalar ətrafında eksklüzivlik ab-havası var idi.

Vaxt məhdudiyyətindən istifadə

Eksklüzivlik hissinin yaradılmasının ən asan yolu – əmtəə və xidmətlərin əlçatan olmamasıdır.

Biz artıq Disney-in istifadə etdiyi taktikaya nəzər yetirdik, lakin ondan başqa bir sıra digər üsullar var.

Məsələn, Mondo incəsənət qalereyası rəssamlara oyunların, filmlər, musiqi albomlarının təsvir edən rəsmləri çəkməyi tapşırır. Onlar bununla məşğul olan yeganə qalereya deyillər, lakin qoyulan vaxt məhdudiyyəti tələbatın həddən artıq yüksək olmasına gətirib çıxarır. Çox vaxt Mondo nəşrləri bir neçə saat ərzində satılır.

Supreme və ya Bape kimi digər brendlər, mütəmadi olaraq məhdud sayda maykalar və ya dizaynlar buraxırlar. Nəticədə, yeni kolleksiya çıxan zaman alıcılar arasında təşviş yaranır.

Yekun

Bu gün istehlakçının düşüncə tərzini “onu mənə İNDİ ver” kimi adlandıra bilərik. Buna baxmayaraq, siz yenə də defisit marketinqindən istifadə edə bilərsiniz.

Marketinq defisitindən düzgün şəkildə istifadə etməyə çalışın, əks halda isə gözlədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz.

Bu taktikadan istifadə etməkdə, satdığınız məhsulun dəyərini daha da artıra biləcəksiniz. Marketinq defisitindən dəyəri yüksək olan və unikallığı ilə seçilən məhsullara münasibətdə istifadə oluna bilər. Əks halda isə bu strategiya mənasızdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...