“Azərlotereya”nın mənfəəti 3 dəfəyə yaxın artıb

Date:

Paylaş:

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,035 mln. manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,4% çoxdur.

2018-ci ildə “Azərlotereya”nın cəmi öhdəlikləri 65,2% artaraq 5,137 mln. manata, cəmi kapitalı isə 10,1% artaraq 6,898 mln. manata çatıb.

Ötən il “Azərlotereya”nın satışdan gəlirləri 40,553 mln. manat (əvvəlki ilə nisbətən 54,95% çox), satışının maya dəyəri 36,908 mln. manat (45,5% çox), maliyyə gəlirləri 395 min manat (45,6% az), mənfəət vergisi ödəmələri isə 808 min manat (2,65 dəfə çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 3,232 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,65 dəfə çoxdur.

Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...