Nike necə yarandı?
Nikein 78 yaşlı qurucusu Phil Knight karyerasına digər universitet məzunlarının başladığı kimi başladı: pulsuz, hara gedəcəyini bilmədən və bir mühasib olaraq ömrünü masa arxasında keçirmək düşüncəsiylə.
İdman geyimləri biznesi Phil Knightın ağılına Stanford universitetində oxuyarkən stadionun qaçış zolağında gəlmişdi. Özünü qaçış komandasındakı adi bir qaçışçı kimi hesab edən Phil Knight, universitetdəki qaçış komandasının kapitanı olan Bill Bowermanı izləyən zaman qaçış ayaqqabılarına gözü ilişmiş və ayaqqabısının performansına necə təsir etdiyini müşahidə etmişdi.
İlk şirkət
Ayaqqabıların nə üçün işçi qüvvəsinin ucuz olduğu Yaponiyada (Almaniya yerinə) istehsalının lazım olduğu ilə əlaqədar oxuduğu məqalə onun fikrinə bir qədər də inam qazandırmışdı.
İlk qurduğu Blue Ribbon Sports adlı şirkət ilə Knight, Tiger model məşhur idman ayaqqabıların Yaponiyadan Amerikaya göndərilməsi və satış icazəsinin alınması üçün bir qrup Yapon iş adamını razı edərək fəaliyyətə başladı. Avtomobilinin baqajında Tiger model ayaqqabıları satmağa başlayan Knight, tələbin bir xeyli çox olduğunu gördü və sonra Yaponiyadan daha çox idman ayaqqabıları sifarişi verdi. Və daha çox … Taki artan tələbi qarşılamaq üçün şirkətə işçi götürməyə başlayana qədər. Təbii ki, hər şey hər zaman bu qədər asan bir şəkildə baş vermirdi.
Knightin Yaponiyadan verdiyi sifarişlər nadir hallarda vaxtında gəlirdi və ümumiyyətlə böyük maliyyə problemləri yaşayırdı. Knight qısa bir müddətdə satışlarını ikiyə qatlamış olmasına baxmayaraq banklar istədiyi krediti vermək istəmirdilər və hətta iki bank onunla görüşü belə rədd etmişdi.
Yapon şirkət ilə problemlər yaşamağa başlayanda Knight, birbaşa fabrikdən ayaqqabı almamağa başladı. Blue Ribbon Sports demək olar ki, sıfırdan başlamaq məcburiyyətində idi. Knight və o zamandakı 45 işçisi ayaqqabı çıxara biləcək yeni fabriklər tapmaq və hətta şirkətləri üçün yeni bir ad da tapmaq məcburiyyətində idilər.
Şirkətin adı Nike olmasaydı…
Knight ilk olaraq şirkətinə daha sonra özüylə lağ etməsinə səbəb olan “Dimension Six” adını qoymaq istədi. “Bu adı seçsəydim indi kim bilir harada işləyirdim” deyir.
Daha sonra şirkətə Nike adını vermək qərarına gəlir.
1980-cı ilin sonunda Nike birjyada daxil olur. Birjaya daxil olan kimi Knightın sahib olduğu səhmlərin dəyəri 178 milyon dollar qədər yüksəlir.
Nikenin illik satış dövriyyəsi 30 milyard dollardan çoxdur.
Knightın digər sahibkarlara olan ən əhəmiyyətli tövsiyəsi isə belədir: “Bir çox çətinliyə və gözlənilməz hadisələrə qarşı hazırlıqlı olun. “