Azərbaycanda 2019-cu ilin yanvar-mart ayları ərzində fəaliyyət göstərən mobil operatorların apardıqları əməliyyatların həcmi 6 137 703,05 manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 174 673,08 manat yaxud 6,4 dəfə artıb.
Məlumata görə, nağd, plastik kartlar, bank hesabları və onların cəmi üzrə aparılan bütün əməliyyatlarda liderliyi “Azercell Telecom” MMC saxlayır. Digər yerləri isə “Bakcell” və “Azerfon” MMC-lər bölüşdürür.
Mobil operatorların nağd əməliyyatlar üzrə dövriyyəsi:
Sıra № | Mobil operatorun adı | Əməliyyatların sayı | Əməliyyatların həcmi |
1 | “Azercell Telekom” MMC | 225 252 | 861 073,49 |
2 | “Bakcell” MMC | 105 474 | 346 958,05 |
3 | “Azerfon” MMC | 72 300 | 186 281,75 |
Cəmi | 403 026 | 1 394 313,29 |
Mobil operatorların ödəniş kartları ilə əməliyyatlarının dövriyyəsi:
Sıra № | Mobil operatorun adı | Əməliyyatların sayı | Əməliyyatların həcmi |
1 | “Azercell Telekom” MMC | 562 681 | 2 360 018,47 |
2 | “Bakcell” MMC | 400 397 | 1 582 900,75 |
3 | “Azerfon” MMC | 252 966 | 792 270,73 |
Cəmi | 1 216 044 | 4 735 189,95 |
Mobil operatorların bank hesabları ilə əməliyyatlarının dövriyyəsi:
Sıra № | Mobil operatorun adı | Əməliyyatların sayı | Əməliyyatların həcmi |
1 | “Azercell Telekom” MMC | 214 | 5 488,62 |
2 | “Bakcell” MMC | 361 | 2 210,25 |
3 | “Azerfon” MMC | 122 | 500,94 |
Cəmi | 697 | 8 199,81 |
Mobil operatorların cəmi əməliyyatlarının dövriyyəsi:
Sıra № | Mobil operatorun adı | Əməliyyatların sayı | Əməliyyatların həcmi |
1 | “Azercell Telekom” MMC | 788 147 | 3 226 580,58 |
2 | “Bakcell” MMC | 506 232 | 1 932 069,05 |
3 | “Azerfon” MMC | 325 388 | 979 053,42 |
Cəmi | 1 619 767 | 6 137 703,05 |