Yaxın aylar ərzində Yançen həbsxanasında quraşdırılacaq “ağıllı” müşahidə sistemi məhbusların hər bir addımına nəzarət edəcək.
Həbsxana administrasiyasının məlumatına görə, rəqəmli “nəzarətçi” fasiləsiz işləyəcək. Kamera və datçiklər şəbəkəsindən ibarət olan müşahidə sistemi insanların sifətini tanımaq və onların hərəkətlərini təhlil etmək qabiliyyətinə malik süni intellektlə təchiz edilib. Sistem gündəlik olaraq hər bir məhbusla bağlı hesabat tərtib edəcək və qəribə halları aşkar edəcək.
Məsələn, məhbusun müəyyən bir müddət ərzində kamerada əsəbi halda irəli-geri hərəkət etdiyi qeydə alınsa, o zaman süni intellekt bu davranışı şübhəli kimi qiymətləndirəcək və bu haqda həbsxana administrasiyasına məlumat verəcək.