Facebook artıq qeydiyyat zamanı elektron poçt ünvanının şifrəsini tələb edir

Date:

Paylaş:

    Facebook yeni istifadəçi hesablarının qeydiyyatı zamanı insanlardan onların elektron poçt ünvanlarının şifrələrini tələb etməyə başlayıb. Buna ilk olaraq e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisi fikir verib. Bu barədə Rusbase saytı xəbər verib. “Facebook, istifadəçi hesabının təsdiqi və ya başqa niyyətlər üçün şəxsi elektron poçt ünvanının şifrəsini tələb edir. Bu, informasiya təhlükəsizliyi baxımından çox pis ideyadır. Bu üsulla siz, bilməli olmadığınız şifrələri yığırsınız” – deyə mütəxəssis qeyd edib.

    Facebook e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisinin elektron poçt ünvanını təsdiqləmək üçün həmin elektron poçt ünvanının şifrəsini tələb edib. Baxmayaraq ki, sosial şəbəkə ona “Bunun necə çalışdığını yoxlayın” özəlliyini təqdim etsə də həmin özəllik çalışmayıb. Daily Beast saytına şərhində Facebook təmsilçisi etiraf edib ki, istifadəçilərin elektron poçt ünvanlarının təsdiqi üçün onlardan elektron poçt ünvanlarının şifrələrini tələb etmək həqiqətən də yaxşı ideya olmayıb. Sosial şəbəkə bu funksiyanın aradan qaldırılacağına söz verib.

    Bundan əlavə olaraq Facebook bildirib ki, o, yığılmış şifrələri özündə saxlamayıb və bununla yanaşı istifadəçilərə elektron poçt ünvanlarının təsdiqi üçün digər üsulları da təqdim edib. Məlumata əsasən elektron poçt ünvanının şifrəsinin tələb olunması problemi ilə nə qədər insanın qarşılaşdığını söyləmək çətindir. Güman olunur ki, sosial şəbəkə yalnız nadir elektron poçt servislərindən istifadə edən insanlardan elektron poçt şifrəsini tələb edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...