Qazax sakini antibakterial və antiviruslu inkubator hazırlayıb

Date:

Paylaş:

Zöhrabov 4 ildir ki, sınaqdan keçirdiyi inkubator vasitəsilə 100%-lik nəticə əldə edib

Qazax rayonu Kosalar kənd sakini Asif Zöhrabov maraqlı ixtiraya imza atıb. O, 10 ilə yaxındır məşğul olduğu sahədə yenilik edərək antibakterial və antiviruslu inkubator hazırlayıb.

A.Zöhrabov Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində üzərində 4 ildir təcrübə apardığı bu inkubatorların artıq 100%-lik nəticə əldə etdiyini söyləyib. Yumurtadan çıxan cücələrin 4-5 aylığına kimi iynə-dərmanla böyüməsinin, xəstəliklərə davamsız olmasının qarşısını almaq məqsədilə bu addımı atdığını söyləyib.

Asif Zöhrabov 10 ilə yaxındır məşğul olduğu sahədə yenilik edərək antibakterial və antiviruslu inkubator hazırlayıb
Asif Zöhrabov 10 ilə yaxındır məşğul olduğu sahədə yenilik edərək antibakterial və antiviruslu inkubator hazırlayıb

“Neçə illərdi bir fikir üzərində işləyirdim ki, iynəsiz, dərdsiz, dərmansız cücələr yetişdirim. Çox araşdırmadan sonra ultrabənövşəyi işıqların köməyi ilə belə antibakterial inkubator yaratmaq qərarına gəldim. Artıq 4 ildir bu cür inkubatoru sınaqdan çıxarıram və demək olar ki, tam təkmilləşmiş halına gətirə, dərdsiz, dərmansız cücələr yetişdirməyə nail olmuşam” – deyərək Qazax sakini məlumat verib.

İxtiraçı inkubatorun iş rejimi haqqında da danışıb. Dediyinə görə, hər 12 saatdan bir ultrabənövşəyi işıqlar avtomatik olaraq işə düşür, 1 dəqiqə müddətində inkubatorun daxilində təmizlik apararaq yenidən sönür. Bundan başqa, inkubatorun daxilinə havalanma nəticəsində virus keçdiyi zaman da qurğu avtomatik işə düşür.

“Yumurta qabığı ilə nəfəs alır. Buna görə daim içinin havası dəyişdirilir. Bu zaman havayla hər hansı bir mikrob inkubatorun daxilinə düşdükdə antibakterial qurğu o virusu hiss edir və özü özünü işə salaraq onu məhv etməyə başlayır. Buna görə də bu inkubatorlar yumurtadan tam sağlam cücələr çıxmasını təmin edir” – Zöhrabov deyib.

4 ildir təcrübə apardığı bu inkubatorların artıq 100%-lik nəticə əldə edib
4 ildir təcrübə apardığı bu inkubatorların artıq 100%-lik nəticə əldə edib

Onun sözlərinə görə, hazırladığı qurğunu artıq 4 ildir 350 yumurta tutumu olan kiçik inkubatorlarda sınaqdan keçirir. Mart ayının 3-cü ongünlüyündə isə bütün funksiyalarının daxili beyin vasitəsilə idarə olunacağı 5200 yumurtalıq inkubator da işə salmağa hazırlaşır.

İxtiraçı bu inkubatoru ərsəyə gətirdiyi müddətdə daim internet, sosial şəbəkələr üzərindən dünyanın hər yerində hazırlanan inkubatorlarla maraqlandığını deyib. Vurğulayıb ki, antibakterial və antivurus axtarışı olan və iynə-dərmansız cücə yetişdirən inkubatorlara heç yerdə rast gəlməyib. O, bu səbəbdən ixtirasını patentləşdirmək fikrindədir.




Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...