“Instagram” fenomenin zirvəyə gedən yolu

Date:

Paylaş:

“Instagram”ın cəmiyyəti yönləndirdiyi, gündəm yaratdığı dövrdə orada on milyon izləyici qazanan Hüseyn Həsənova uğurlu demək olar, ya yox, müzakirəlidir.

Hələ bir neçə ay əvvəl “28 Mall” AVM-də sayəsində yaranan izdiham bir çoxlarında sual işarəsi yaratdı: gənclər onu niyə belə sevirlər? Onun vəzifəsi, peşəsi nədir?

Keçən ay keçirdiyi yarışma və sonda izləyicisinə “Gelandewagen” hədiyyə etməsi isə ikinci sualı yaratdı: 24 yaşlı gənc bu “level”ə necə gəlib?

Əslən azərbaycanlı olan, bloqer Hüseyn Həsənovla bağlı bəzi məlumatları təqdim edirik:

O, 5 iyun 1994-cü ildə Sankt-Peterburq şəhərində anadan olub, 2015-ci ildə Sankt-Peterburq İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Universitetdə KVN komandasında çıxış edib.

KVN komandasının üzvləri qısa video çəkərkən, onlardan biri zəng edib çəkiliş üçün Hüseynin maşınını istəyib. Beləcə onun maşını videoda çəkilib. Hüseyn Həsənov da çəkilişin maraqlı olduğunu görüb və növbəti dəfə hansısa epizodik rolda çəkilmək istədiyini deyib.

“Həmin video uğurlu oldu, hamı “O balaca saqqallı qara oğlanı necə tapaq?” deyə soruşurdu. Mən də “Instagram”da qeydiyyatdan keçdim”, – deyə Hüseyn bildirir.

15 saniyəlik videoçarxlar sayəsində tanınan bloqerin “Instagram” hesabında bir postun qiyməti 600-700 min rubldur, paylaşımlar 33 milyonluq auditoriyanın baxışını qazanır. Əvvəlcə telefonla hobbi kimi çəkilişlərlə başlanan bloqerlik 2017-ci ildə komandada on insanın işləməsi ilə inkişaf edib. 

Videoçarxlarda ciddi məsələlərə olmasa da, gəncləri güldürən və maraqlandıran mövzulara: əsasən, oğlanlarla qızların tanışlığı və münasibətləri mövzusuna toxunur.

Atasından qalma restoran biznesi ilə məşğul olmaq onun seçimi olmayıb. Sonradan o, öz “GG” markalı kişi geyim brendini yaradıb. 

Uşaqlıqda qırmızı maşın kolleksiyası arzusu olan, indi isə onu reallaşdıran H.Həsənovun gənclərə tövsiyəsi budur:

“İstənilən sahədə hərəkət və heç kimə qulaq asmamaq lazımdır. Sən nəyisə etməyə başlayanda heç bir dəstək olmayacaq. Edə bildiyini, bacardığını göstər və heç kimə qulaq asma”. 

Bloqerin ziyanlı vərdişlərdən uzaq, idmanla məşğul olması, muzeylərə baş çəkməsi, kitablar oxuması, həmçinin, xeyriyyəçilik etməsi, kimsəsiz uşaqlara hədiyyələr aparıb sevindirməsi də nəzərə çarpır.

Bir ayda sosial şəbəkələrdən 4 milyon rubl (105 min AZN) qazandığını deyən gənc beş il sonra ən zəngin insanların siyahısına düşməyi planlaşdırır və özünə inanır.

 

Nəzrin Həsənova

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...