Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara subsidiyaların verilməsindən sonra bal istehsalında artım müşahidə olunur. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov deyib.
Assosiasiya rəhbərinin sözlərinə görə, cari il üçün bal istehsalını 5000 tona çatdırmaq planlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 66,7 faiz çoxdur.
B.Həsrətov qeyd edib ki, ötən il ölkədə 3000 ton bal istehsal olunub. Həmçinin xaricdə bal bazarının öyrənilməsi üçün müxtəlif xarici ölkələrlə danışıqlar da aparılır: “BƏƏ, Çin və Yaponiya kimi ölkələrin şirkətləri ilə danışıqlar aparılır. Əsas məqsəd xarici rəqiblərdən (Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İran) asılılığı azaltmaqdır”.