20 ilə yaxındır ki, komputer oyunları adi əyləncədən təmamilə kiberidman sənayesinə çevrilib və əyləncə dünyasında ən məşhur və inkişaf etmiş trendlərdən biri olub.
Mütəxəssislərin dəyərləndirmələrinə görə kiberidman sənayesi 2021-ci ilə 1,65 milyard dollar dəyərində olacaq.
2017-ci ildə bir tək League of Legends oynayanların sayı 100 milyon-a çatıb.
Məlumdur ki, kiberidman qlobal bir sənaye növüdür, lakin hələ də ona hansı ölkənin liderlik etməsi barədə müzakirələr gedir.
Aşağıda biz bu ada əsas namizəd ölkələr haqqında danışacağıq.
Cənubi Koreya
Belə hesab edilir ki, məhz Cənubi Koreya kiberidmanın vətənidir.
Elə buna görə də çoxlu kiberidman ulduzunun bu ölkədən olması təsadüfi deyil.
Faker kimi tanınmış kiberidman ulduzları League of Legends oyunlarının bütün dünya üzrə məşhurlaşması üçün çalışıblar.
Bang və Wolf isə ölkələrinin ən yaxşı kiberidman sənayesi ölkəsi kimi məşhurluğunun artması üçün səy göstəriblər.
Çin
Bəzi hesablamalara görə, Çində mütəmadi olaraq oyunlar oynayanların sayının 260 milyon nəfər olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, məhz bu ölkə sənaye üzrə dünya lideri olacaq.
League of Legends ulduzlarında biri Uzidir, belə ki o öz oyunu ilə rəqiblərini şanssız qoyur.
Ölkənin hakim orqanları əvvəlcə kiberidmana qarşı çıxsalar da, bu yaxınlarda fikirlərini dəyişiblər.
Xançjou şəhərində hal-hazırda kiberidman rəsmən inkişaf mərhələsindədir.
ABŞ
ABŞ da kiberidmandan kənar qalmayıb və bu sahədə ölkənin Fortnite Ninja, eləcə də Sneaky kimi ulduzları var, belə ki onlar League of Legends oyununda əla nəticələr göstəriblər.
Lakin ən çox gəlir gətirən Dota 2-dir. Buna görə də mütəxəssislər son zamalar. UNiVeRsE, ppd və Fear kimi amerikan oyunçularının gəlirlərinin həcmini maraqla izləyiblər.
Almaniya
Sırf qazanc aspektindən yanaşsaq o zaman Almaniyanı və onun ən yaxşı idmançılarını da liderlər siyahısına sala bilərik.
KuroKy-nun Dota 2-dəki uğurları sayəsində Almaniya da kiberidman üzrə lider ölkələrdən biri sayılır.
Və əlbəttə ki, o Almaniyada yeganə idmançı deyil.
FATA, Smite və ShoWTimE kimi məşhur idmançılarla yanaşı ölkədə özlərini gələcəkdə göstərə biləcək çoxlu istedadlı oyunçular da var.
İsveç
İsveçin DreamHack kiberidmanı üzrə çox vacib turnir keçirdiyini nəzərə alsaq, şübhəsiz ki, bu ölkənin də sənayeyə məlum təsiri olduğunu qeyd edə bilərik. İsveçin də istedadlı oyunçuları var: Dota 2-də s4 və Zai, həmçinin Olofmeister, forest və KriMZ.
İsveç oyunçularında heyrətə gətirən hal ondan ibarətdir ki, onlar müxtəlif oyunlar oynamaqla əsl şou göstərə biliblər.
Braziliya
Çoxları Braziliyanı kiberidman üzrə lider-ölkələr sırasında görüb təəccüblənirlər.
Lakin, son zamanlar Counter Strike Global Offensive-in liderlərindən biri olan əfsanəvi braziliyalı oyunçu Coldzera-nı xatırlamaq kifayətedir ki bütün şübhələr yox olsun. Bu oyun, Fallen, fer və TACO da daxil olmaqla braziliyalı oyunçular arasında inanılmaz dərəcədə məşhur oldu.
KinGRD və Tavo kimi ulduzlar isə Dota 2 –də ustalıq nümayiş etdiriblər.
Beləliklə, Braziliya da kiberidman üzrə lider ölkə adına namizəddir.
Rusiya
Rusiya da kiberidman üzrə lider ölkələrin siyahısına daxildir. Mütəxəssislər əfsanəvi rus komandası Virtus.pro.-nun uğurlarını qeyd ediblər.
Buranın da öz ulduzları var: Solo- Dota 2 turnirinin qalibi və ya Counter Strike Global Offensive –də master –oyun göstərən flamie.
Göründüyü kimi rus oyunçuları da həmçinin dünyada kiberidman üzrə əsas fiqurlardan sayılırlar.
Yaddan çıxarmaq lazım deyil ki, Rusiya, İnspirer, LeBwa və Nuclear kimi oyunçular sayəsində World of Tanks kimi oyunlara başçılıq edir.