Cari ilin yanvar-fevralında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 188,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,2 dəfə, içki istehsalında 36,7 faiz, qida məhsullarının istehsalında isə 31,3 faiz artm müşahidə olunub.
Ötən ilin eyni ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 8,7 faiz, şirin peçenye istehsalı 2,4 dəfə, duz istehsalı 38,5 faiz artıb.