Süni zəka əsaslı deyilən texnologiyalar artıq o qədər asanlaşdırılıb ki, hətta bəzilərini sınamaq üçün sadə brauzer də kifayət edir. Bu siyahıda sizə 5 belə servisi sadalayacağıq
Semantris
Google proqramçılarının yaratdığı bu oyunda SZ-ya sözlərin təxmini izahını yazmaq lazımdır. Mexanizm tetrisə bənzəyir. Oyunçu fərqli rənglərdə olan blokları sındraraq qalib olmalıdır. Semantris-in 2 rejimi var: arkada və bloklar, amma ikisində də hələ yalnız ingilis dili dəstəklənir. Google deyir ki, oyuna milyardlarla cümlə və dialoqlar “yedizdiriblər”, və o texniki terminlərdə tutmuş slenqlərə qədər bir çox asossiyasiyaları anlayır.
This Person Does Not Exist
Bu servis mövcud olmayan insanlar çəkir. Layihəni Uber mühəndisi Filip Vonq Nvidia texnologiyaları əsasında yaradıb. Şəkillər geniş kitabxanalar əsasında çəkilirlər. Layihənin ən unikal cəhəti ondadır ki, servis eyni zamanda iki neyroşəbəkə ilə işləyir: biri fotolar çəkir, digəri isə fotonun nə dərəcədə həqiqi olmasını yoxlayır.
AutoDraw
Google-ın bu servisi isə cızma-qaraları səliqə ilə çəkilmiş ilustrasiyalara çevirir. Bunun üçün SZ sizin çəkdiyiniz cızmaqaraya ən yaxın bənzərliyi olan illustrasiyaları öz mövcud bazasından tapıb-çıxarır. Nə qədər çox detal əlavə etsəniz, təkliflər o qədər dəqiq olacaqdır.
Cyborg Writer
Bu servis özü sizin başladığınız cümləni bitirə bilir. Siz hər-hansı yazıçının tərzini seçirsiniz və cümlə yazmağa başlayırsınız, ardını isə servis yazıçının tərzində davam edir. Əsasında TensorFire durur və yalnız ingilis dilini dəstəkləyir.
Talk to Books
Suallara kitab dili ilə cavab verən servis də Google tərəfindən təqdim olunur. Adi axtaarışdan fərqli olaraq bu axtarış hətta abstrakt suallardan da çəkinmir. Layihənin bazasında 100 000-dan çox əsər var. Yalnız ingilis dili dəstəklənir.