“Kaspersky Lab” şirkətini rəhbəri Yevgeni Kasperski Azərbaycanda səfərdədir.
“Y. Kasperski, Bakıda keçiriləcək tərəfdaşlarla görüşdə iştirak edəcək”, – deyə şirkətdən bildirilib.
Qeyd edək ki, sonuncu dəfə Y. Kasperski Bakıya 2017-ci ilin iyun ayında səfər edib. Səfər çərçivəsində o, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlət qurumu ilə görüşlər keçirib. Görüşlərdə nəqliyyat, energetika, təhsil və digər sahələr üzrə informasiya təhlükəsizliyi ilə bağlı əməkdaşlığa dair müzakirələr aparılıb.