Apple, 2020-ci ildə OLED panellərindən istifadə edərək yeni ekran ölçüləri ilə üç ədəd yeni iPhone modelini buraxacağını açıqlayıb. Ekranlar olduqca yığcam olan 5.42 düym və daha böyük ölçülü Max modeli (6.67 düym) arasında dəyişəcək, bu haqda Astera nəşri xəbər verir.
Apple işçiləri OLED ekranlı smartfonun satışa buraxılması üzərində çalışırlar, şirkət üçün bu yeni texnologiyaya keçid deməkdir. Yeni modellər iPhone XS və XS Max-i əvəz edəcəklər.
Əvvəllər Nation News şirkəti Apple-ın simsiz “zaryadka” dan imtina etdiyi haqda məlumat yaymışdır.