Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Bank of Baku”dan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş E.Vəliyevə şərti cəza verilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib.
Belə ki, E.Vəliyev “Bank of Baku”nun Nərimanov rayonu ərazisində yerləşən filialında əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Vəliyev bankın Texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.