“Gələn həftədən “Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.
Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq”, – deyə nazir qeyd edib.
O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: “Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək”.
Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər.