Məşğulluğa dair elektron sistem növbəti ayda sınaqdan keçiriləcək

Date:

Paylaş:

Məşğulluğa dair elektron sistem aprel ayında sınaqdan keçiriləcək. Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, sistem ölkə üzrə bütün işsiz olan şəxsləri əhatə edəcək və məşğulluq baxımından vakansiyalar barədə məlumatlar toplayacaq.

“Artıq hər hansı agentliyə getmək, müraciət etməyə ehtiyac olmayacaq. Vətəndaşlar birbaşa olaraq ərizələrini vakansiya bankına göndərə, işə götürənlərə işçi lazım olduğu təqdirdə bu məlumat bazası üzrə iş təklif edə biləcəklər. Hazırda sistem 200 min nəfəri əhatə edir, lakin bu məlumat bazası getdikcə genişlənir. Məqsədimiz növbəti illərdə bu məlumat bazasını ölkə üzrə məşğulluq reyestrinə inteqrasiya edək”,- deyə nazir bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...