Amerika Birləşmiş Ştatları mütəxəssisləri dünya üzrə ən güclü hesablama maşınının hazırlanması ilə məşğuldurlar.
Bugünkü gündə şəxsi komputerin hazır olacağı tarix barədə hələ ki heçnə məlum deyil. Mütəxəssislər bildirirlər ki, onlar güclü komputeri iki ildən tez təqdim etməyəcəklər.
Birləşmiş Ştatların Federal hökumətinin amerikalı işçiləri İntel və Cray şirkətləri ilə əməkdaşlıq edərək Çikaqoda, İllinoys ştatında komputer hazırlanması üzrə işlərə başlayıblar. Bildirilir ki, bu hesablama maşını dünya üzrə ən güclü hesablama maşını olacaq. Komputerin digərlərindən üstünlüyü barədə mütəxəssislər hələ ki heçnə söyləmirlər. Lakin bu məlumdur ki, superkomputer ən yüksək emal və iş qabiliyyətini dəstəkləyir.
Qeyd etmək lazımdır ki, layihənin reallaşması rəsmən təsdiqlənsə də, ABŞ , onun təfərrüatları barədə məlumatlar paylaşmağa tələsmir. Mütəxəssislər deyiblər ki, superkomputerin gücünü iki ildən tez göstərə bilməyəcəklər, çünki layihəni hələ təzəcə işləyiblər.