Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Date:

Paylaş:


Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. Bu göstəriciyə yetkin və daha sonra qocalan orqanizmdə iki proses təsir edir. Bizlərdən bir çoxu fikir verib ki, yaş artdıqca zaman daha sürətlə axır. Uşaqlıq vaxtında günlər sonsuz zaman kimi gəlir və həmin vaxtda çoxlu sayda yeni təəssüratlar olur. Yetkin yaşda isə onlar çox sürətlə keçirlər.

Amerikalı fizik Adrian Bejan-ın nəzəriyyəsinə əsasən bu fenomenin izahını bizim sinir sistemimizin quruluşunda axtarmaq lazımdır. Alim öz nəzəriyyəsində qeyd edib ki, insanın böyümə prosesi zamanı onun sinir sistemindəki əlaqələr daha qəliz və genişləndirilmiş olurlar. Bu isə o deməkdir ki, sinir impulslarının hissiyat orqanlarından şüura çatması üçün daha çox zaman lazım olur.

İnsan qocalan zaman onun neyronları tənəzzülə uğrayır. Bu isə elektrik siqnallarının sürətlərinin aşağı düşməsinə əlavə təsir göstərir. Nəticədə cavan insanların yaşadıqları müəyyən zaman intervalının eynisini yaşayan qoca insanlar daha az sayda yeni obrazlar əldə edirlər. Bu isə zamanın sürətlənməsi kimi anlaşılır. Adrian Bejan-ın fikrincə bu nəzəriyyənin dolayı sübutu kimi gözlərin hərəkət sürətini misal gətirmək olar. Körpələrin gözləri böyük yaşlı insanların gözlərindən fərqli olaraq daha sürətlə hərəkət edirlər. Alimin fikrincə ola bilsin ki məhz buna görə yenicə doğulmuş uşaq bir zaman intervalında daha çox məlumatı emal edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...