Çexiyada startaplar

    0
    135

    Çexiyada startaplar

    Çexiya Respublikası “Avast”, “AVG” və “Social Backers” kimi beynəlxalq startapların və böyük şirkətlərin evi hesab olunur. Lakin hökumət sahibkarlar üçün dəstək tədbirlərin həyata keçirilməsində bir o qədər də maraqlı deyil.

    Çexiyada əhəmiyyətli qrant proqramları və ya fondları yoxdur. Ölkədə Praqadan 100 km məsafədə yerləşən innovasiya və sənaye mərkəzi olan “Paraducie”də texnopark istifadəyə verilmişdir. Texnoparkın inşasına Çexiya hökuməti və Avropa İttifaqının dəstəyi ilə 25 milyon ABŞ dolları həcmində sərmayə ayrılmışdır.

    Lakin bir neçə il əvvəl Çexiya hökuməti tərəfindən maliyyələşdirilən Parducie Texnoparkı müflis olduğunu elan etdi.

    Əmrah Qarayev