Sinqapurda startuplar

    0
    170

    Sinqapurda startuplar

    Qeyd edildiyi kimi adekvat maliyyənin olmaması startapların yaranması üçün ciddi əngəl törədir. Startap layihələrin həyata keçirilməsində Sinqapur hökumətinin və müvafiq agentliklərinin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Dövlət tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün əlverişli dəstək mühiti yaradılmışdır.

    Aşağı vergi dərəcələri, güclü infrastruktur və hüquqi bazanın olması və işçi qüvvəsinin mövcudluğu startaplar üçün Sinqapurda əlverişli biznes mühiti yaradır. Startaplara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət orqanları tərəfindən aşağıdakı təşəbbüslər irəli sürülmüşdür.
    – Kapitalın maliyyələşdirilməsi proqramı;
    – Pul qrantları;
    – Biznes inkubator proqramı;
    – Borcun maliyyələşdirilməsi proqramı;
    – Vergi təşviqi proqramı.

    Kapitalın maliyyələşdirilməsi proqramı

    Kapitalın maliyyələşdirilməsi proqramı şirkətin ümumi kapitalında müvafiq paya malik olmaq şərtilə investor tərəfindən yatırılan sərmayə deməkdir.

    Bu tip maliyyələşmə daha çox əlavə kapital tələb edən startaplar və xüsusilə də erkən mərhələdə olan startaplar üçün idealdır. Özəl kapital axınının stimullaşdırılması məqsədilə Sinqapur hökuməti özəl mənbələrlə birgə müştərək maliyyələşdirmə sxemləri həyata keçirir. Hökumət tərəfindən kapiatın maliyyələşdirilməsi proqramına aşağıdakılar daxildir:
    SPRING – Başlanğıc sahibkarlığın inkişafı proqramı. SPRING kapital investisiya proqramıdır və dövlət orqanından törəmədir. Sinqapurda yaradılan startapları müstəqil üçüncü tərəf investor ilə birlikdə ən çox 1 milyon Sinqapur dolları2 (SD) həcmində investisiya ilə təmin edir. İnvestisiyanın birinci mərhələsi adətən 300.000 SD ilə məhdudlaşır. SPRING SEEDS Capital və üçüncü investorla birlikdə investisiyalara uyğun olaraq nizamnamə kapitalında iştirak edir.
    Erkən Mərhələ Vençur Maliyyələşdirmə proqramı. Milli Tədqiqat Fondu tərəfindən idarə olunur. Milli Tədqiqat Fondu üçtərəfli birgə maliyyə proqramının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, xüsusi seçilmiş investorlar tərəfindən Milli Tədqiqat Fonduna minimum 10 milyon SD vəsaitin köçürülməsinə və buna uyğun olaraq fond tərəfindən ilkin mərhələdə icrası nəzərdə tutulan texnoloji startaplara maksimum 10 milyon SD-ya qədər ilkin maliyyə yardım göstərilə bilər. Bəzi seçmə texnoloji startaplar 3 milyon SD-ya qədər maliyyə vəsaiti üçün birbaşa vençur maliyyələşdirmə şirkətlərinə müraciət edə bilərlər.

    Pul qrantları
    Sinqapurda yaradılan startapların üstünlüklərindən biri də ondan ibarətdir ki, sahibkarlar müxtəlif sənaye sahələri üzrə startap layihələrinin maliyyələşdirilməsi üçün müxtəlif dövlət orqanları tərəfindən biznes qrantlar əldə edə bilərlər. Hər bir qrantın öz seçmə meyarları və ödəniş metodları vardır. Bir çox qrantlar startapların tədqiqatı və inkişafı o cümlədən, yeni investisiyaların təşviq olunması üçün nəzərdə tutulmuşdur.

    Sinqpurda startaplar üçün mövcud olan bəzi məhşur qrantlar:
    Sahibkarlıq Fəaliyyəti Birliyi Startap Proqramı – ACE Startaplar Proqramı maliyyə yardımı proqramıdır və ACE (Sahibkarlıq üçün Fəaliyyət Birliyi) tərəfindən layihəyə yatırılan hər 3 SD-ya qarşı 7 SD yardım ayırır. Bu halda ayrılan yardımın ümumi məbləği 50.000 SD-ni aşmır. Başqa sözlə desək, Sahibkar 50.000 SD qrant almaq üçün 21.429 SD sərmayə yatırmalıdır. Seçilmiş müəssisələr üçün ACE daha əlavə 50.000 SD yardım çərçivəsində sahibkarlar tərəfindən yatırılan hər 7 SD üçün 3 SD yardım ayırır. Bu müəssisələr üçün qrant 100.000 SD-yə qədərdir. Sahibkarlıq fəaliyyəti üçün icmalar maliyyə qrantı əvəzində kapital almır.
    ComCare Enterprise Fondu – “ComCare Enterprise” Fondu Sosial və Ailə İnkişaf Nazirliyi tərəfindən idarə olunur. Yeni sosial startapların yaradılması üçün nəzərdə tutulmuşdur və kapital qoyuluşunun 80 % aztəminatlı Sinqapurluların istifadə etməsi üçündür.