Ölkədə kartla maaş alanlar artır – SON RƏQƏM

Date:

Paylaş:

2019-cu ildən tətbiq edilən güzəştlər ilə ölkədə rəsmi müqavilə ilə işləyənlərin sayının artacağı gözlənilir.

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin Dekabr ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında əməkhaqqı kartlarının sayı 13 min ədəd artaraq 2 milyon 53 min ədədə çatıb. Əməkhaqqı kartlarının sayı 2018-ci ilin Yanvar ayı ilə müqayisədə isə 211 min ədəd artıb.

Yanvar ayında cəmi ödəniş kartlarının sayı 39 min ədəd artaraq 6 milyon 550 min ədədə yüksəlib.

Yanvarda sosial kartların sayı 2 min ədəd azalaraq 2 milyon 520 min ədədə düşüb. 2019-cu ilin 1-ci ayında kredit kartlarının sayı 13 min ədəd artaraq 873 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 15 min ədəd artaraq 1 milyon 104 min ədədə yüksəlib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...