“Amazon” şirkəti ABŞ-da 90-a yaxın şirkətini bağlayır

Date:

Paylaş:

 “Amazon” onlayn pərakəndə satış şirkəti özünün xırda ticarət üçün nəzərdə tutulan bütün 87 məntəqəsini bağlamaq niyyətindədir.

Bizplus TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, şirkət nümayəndələri bu məlumatı təsdiq ediblər. Onlar söhbətin ABŞ-dakı mini mağazaların mövcudluğunu nəzərdə tutan proqramın aprelin sonlarında tam olaraq dayandırılmasından gedir. Onların əksəriyyəti ümumilikdə 21 ştat ərazisində yerləşən ticarət mərkəzlərinin binalarındadır.

Açıqlamada bildirilir ki, “Amazon” artıq öz əməkdaşlarını ticarət nöqtələrinin bağlanacağı barədə məlumatlandırıb. ABŞ-dan kənarda yerləşən bu tip mağazaların aqibətinin necə olacağı isə hələ ki, məlum deyil./Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...