İnvestorlar Silikon Vadisini tərk edirlər

Date:

Paylaş:

Biznes inkubator və vençur fondu kimi fəaliyyət göstərən məşhur Y Combinator akselerasiya mərkəzi Silikon Vadisini tərk edən təmsilçilərdən ən sonuncusudur. Yüzlərlə startaplardan hər birinə 7% səhm müqabilində 150.000$ investisiya yatıran Y Combinator hal hazırda San Fransiskoda ofis axtarmaqla məşğuldur. Belə ki, bir çox investorlar və Y Combinator əməkdaşları artıq San Fransiskoda fəaliyyət göstərirlər. Bu barədə Hightech.plus saytı xəbər verib. Uzun müddət ərzində startapçıların investor axtarışı üçün Silikon Vadisinə gəlmələri norma sayılırdı. İndiki zamanda isə həmin startapçıların böyük bir hissəsi San Fransiskoya keçid edirlər. Buna görə də Y Combinator-un bu qərarını əlamətdar hesab etmək olar.

Qeyd etmək lazımdır ki, Silikon Vadisini San Fransiskoya dəyişənlərin sırasında təkcə Y Combinaator deyil. Məsələn miqyas baxımından daha kiçik lakin çox uğurlu olan 500 Startups akselerasiya mərkəzi də keçən il San Fransiskoya köçüb. Bir çox vençur fondları da San Fransiskoda olan potensialı görüblər. Bütün bu məsələ hələ 2012-ci ildə başladı. Belə ki, həmin ildə Uber və Benchmark kimi şirkətlər San Fransiskoda ofis açdılar. Daha sonra San Fransiskoya Shasta Ventures, Accel, GV, General Catalyst, NEA və Kleiner kimi vençur fondları köçdülər. Hal hazırda Silikon Vadisi ilə San Fransisko arasındakı investisiya şirkətlərinin say nisbəti təqribən 20-nin 80-nədir.

“Bizim üçün önəmli olan sahibkar müştərimizin yanında qərarlaşmaqdır. Əsas olan onların yaratdıqları startapların fəaliyyət göstərdikləri yerlərdə olmaqdır” – deyə True Ventures vençur fondunun təsisçisi bildirib. Beləliklə Silikon Vadisi özünün nüfuzlu statusunu getdikcə itirməyə başlayır. San Fransiskonun onu uzunmüddətli perspektivdə əvəz edib-etməyəcəyi hələ məlum deyil. Y Combinator-un San Fransiskoya miqrasiyası isə akseleratorlar tarixində yeni mərhələnin startına işarə edir. Keçən ilin sentyabr ayında Y Combinator bildirmişdi ki, o, investisiya üsulunu tamamilə dəyişəcək və daha çox startapı qəbul edəcək./technote

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...