“Frank Müller” saat şirkəti işğal olunmuş Azərbaycan torpaqlarında zavod açıb

Date:

Paylaş:

“Azərbaycanın işğal olunmuş ərazilərimizdə bir sıra şirkətlər fəaliyyətlər göstərir”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Elmar Məmmədyarov bildirib ki, İsveçrənin “Frank Müller” şirkəti kifayət qədər tanınmış saat şirkətidir: “Bu şirkət saatlar üçün taxta qutuları işğal olunmuş ərazilərdəki ağaclardan istehsal edir, orada zavod açıb. Biz bu məsələni İsveçrə qarşısında qaldırmışıq, bu prosesi izləyəcəyik. Şirkət öz adına hörmətlə yanaşırsa, belə fəaliyyətə yol verməməlidir. Həmin şirkətlərin bağlı olduğu ölkələrin hökumətinə müraciət edəcəyik. Bəzi ölkələr deyir ki, biz özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmirik, amma etməlidir. Məsuliyyət hökumətlərin üzərinə düşür. Hökumətlər həmin şirkətlərin işğal olunmuş ölkələrdə fəaliyyət göstərməsinə imkan verməməlidir”.

Nazir deyib ki, Ermənistan müxtəlif vasitələrdən istifadə edərək işğal olunmuş əraziləri qanunsuz olaraq məskunlaşdırır: “Hətta Ermənistan bəyan edib ki, Suriya böhranından sonra 250 minə yaxın qaçqın Ermənistana gəlib. Bizdə olan məlumata görə, onların bir qismini işğal olunmuş torpaqlarımıza yerləşdirirlər. Bu qəbuledilməzdir, çünki münaqişənin həllinə töhfə vermir, əksinə, yeni çətinliklər yaradır”./ona

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...