AirPods 2 qulaqlığı barəsində maraqlı məlumat əldə edilib

Date:

Paylaş:

XDA-Developers saytının müəlliflərindən biri ikinci nəsil AirPods naqilsiz qulaqlıqlarının maraqlı özəlliklərindən biri barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə XDA-Developers saytının Max Weinbach adlı müəllifinin verdiyi məlumata əsasən AirPods 2 qulaqlığının özü və onun keysi Qi standartlı sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Beləliklə qulaqlıq 100% enerjini 15 dəqiqə ərzində yığa biləcək. Lakin bu səbəbdən AirPods 2 qulaqlığının keysi birinci qulaqlıq modelinin keysi ilə müqayisədə ölçü baxımından bir qədər böyük və çəki baxımından bir qədər ağır olacaq.

Qeyd etmək lazımdır ki, AirPods 2 haqqında sızdırılmış son məlumatda qeyd olunmuşdu ki, qulaqlıq xüsusi rəng örtüyünə sahib olacaq və həmin rəng örtüyü sayəsində o, istifadəçi qulağında daha kip qalacaq. Bundan əlavə olaraq məlumatlara əsasən AirPods 2-də səsin ötürülməsi keyfiyyəti yaxşılaşdırılacaq və ona istifadəçi ürəyinin döyüntülərini təyin edəcək ötürücü yerləşdiriləcək. AirPods 2-nin 200$ qiymətində satılacağı güman edilir. Çox güman ki, yeni qulaqlıqlar sentyabr ayında yeni iPhone modelləri ilə birlikdə təqdim olunacaqlar.\technote.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...