Rumıniyanın Braşov şəhərində fəaliyyət göstərən “Allview” şirkəti “Samsung”, “Apple” və “Huawei” markalı mobil telefonların malik olmadığı xüsusiyyətləri özündə əks etdirən yeni model mobil telefonların istehsalına başlayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Allview X6 Extreme” telefonunun ekranı onun bütün üst qatını tutur və aparatın korpusunu çərçivəyə almır. Kamera telefonun korpusunda gizlədilib və ancaq istifadə edilən zaman hərəkət edir. “Allview” mütəxəssisləri hesab edirlər ki, bu, təhlükəsizliyi artırır. Yəni, kamera telefonun sahibinin icazəsi olmadan hakerlər tərəfindən işə salına bilmir.
“Allview X6 Extreme” modelinin qiyməti 299 avrodur. Halbuki, “Samsung” və “Apple” istehsalı olan analoji məhsullar təxminən 1000 avroya təklif olunur.