Gravity: bu ədyal yuxu problemlərini həll etməyə kömək etdi və iki gənc oğlanı dollar milyonerlərinə çevirdi

Date:

Paylaş:

Fürsət

Son məlumatlara görə, 50-70 milyona qədər amerikalı yuxusuzluq problemindən əziyyət çəkir.

Əvvəllər insanlar bu kimi xəstəliklərlə yuxu həbləri vasitəsilə mübarizə aparırdılarsa, bu gün istehlakçılar xüsusi döşəklər, yuxu gözlükləri və ya yüksək texnologiyalı yastıqlardan istifadə etməyi üstün tuturlar. Son vaxtlar bu siyahıya ədyallar də əlavə edilmişdir. The New York Times-a görə, 2012-ci ildə yuxu məhsulları bazarının həcmi 32 milyard dollar təşkil edib.

2017-ci ildə Gravity startup-ı, insanda onun kimsə tərəfindən qucaqlandığı hissini yaradan ağırlıqlı ədyal buraxdı. Beləliklə, ədyal insanlara yuxusuzluq da daxil olmaqla bir çox zehni və psixoloji xəstəliklərə qarşı mübarizə aparmağa kömək etmişdir.

Bazar, amerikalıların sınaqdan keçməmiş məhsullardan bəhs edildiyi halda belə yuxusuzluq problemini həll etməkdən ötəri böyük pul ödəməyə hazır olduqlarını göstərir.

Hər şey nədən başladı

Gravity Blanket hekayəsi 2017-ci ildə başlayıb. John Fiorentino və Mike Grillo tərtib etdikləri ağırlıqlı ədyalı videoya çəkərək Kickstarter-ə yüklədilər. Planlaşdırıldığı kimi, ədyalın kütləsi istifadəçi çəkisinin 10%-ə bərabər olmalı idi. Bu texnologiya istifadəçidə insanların bir-birinə sarıldığı hissini təqlid etməyə imkan verir.

John və Mayk 15, 20 və 25 funt çəkisinə malik olan bir neçə ədyalın istehsalı üçün 21,500 dollar toplamalı idilər. Şirkət bu məqsədinə Kickstarter-də 45 dəqiqə sonra çatdı. Növbəti bir neçə ay ərzində isə o, artıq 5 milyon dollar toplaya bilmişdir.

Təsisçilər, texnologiyanın serotonin və melatonin hormonların səviyyəsini artırdığını, kortizol hormonun səviyyəsini isə azaldığını, beləliklə ruh sağlamlığını yaxşılaşdırdığını və rahat yuxuya təşviq etdiyini iddia edir.

Bu günə qədər ağırlıqlı yorğanların insanların yuxusuna təsir etməsi ilə əlaqədar çox az araşdırma aparılmışdı. Bəzi tədqiqatlar göstərir ki, bir ədyal bipolyar pozğunluğun müalicəsinə müsbət təsir göstərə bilər.

Qurucular marketinq strategiyasını seçərkən, elmi dəlilləri əsas tutmuşlar. İlk reklam nəşrləri, yuxusuzluğun təsirlərini təsvir edən tibbi dilində yazılmışdı.

İlk satışdan sonra, John və Mike Facebook və Twitter-də müxtəlif şərhləri oxumağa başladılar. Onlar müəyyən etdilər ki, istehlakçılar ciddi şəkildə doğrulanmış fakt və rəqəmlərlə maraqlanmırlar. İnsanlar sadəcə onları sakitləşdirə biləcək gözəl dizaynlı və rahat bir ədyal görmək istəyirdilər.

Təsisçilər öz marketinq strategiyasını dəyişərək, sağlam yuxunun həyat tərzinin bir tərkib hissəsi kimi fərziyyəyə üz tutdular.

Bu gün şirkət

Bu gün şirkət öz saytında bizə 249 dollar dəyərində 15, 20 və 25 funt ağırlığına malik olan ədyallar təklif edir. Ayrıca kürk örtüyü (120 $), yorğan örtüyü ($ 90), ağırlıqlı yuxu maskasını ($ 29,99) və hətta təsvirli notebook da əldə edə bilərsiniz.

2018-ci ilin may ayına qədər Gravity Blankets şirkətinin satışları təxminən 15 milyon dollara satmışdı və Time jurnalının 2018-ci ilin ən yaxşı ixtiraları siyahısına Gravity Blanket da əlavə edilmişdir.

Saytın təşviqi üçün şirkət bütün mümkün reklam kanallarından istifadə edir: kontekstli reklam, sosial şəbəkələr, informasiya saytları, bloglar. Əsas mənbələr axtarış və marka trafikidir.

Amazon şirkətinə gəldikdə isə, o, FBA proqramı üzrə Amazon-nun anbarlarını istifadə edərək ayda 200 min dollara qədər satırlar.

Bu meydançada ilk məhsul satışa  2018-ci il 16 aprel tarixində buraxılıb.

Niyə onlar müvəffəqiyyətə nail oldular:

  • Kickstarter saytında uğurlu başlanğıc. Yeni məhsulların hər birini bu saytda buraxaraq, müştərilərin sifarişlərini toplayırlar.
  • Yuxu problemlərini hədəfləyirlər. Hər il stress, yuxusuzluq və narahatlıq yaşayan insanların faizi artır. Gravity bizə bütün bu problemləri bir ədyal vasitəsilə aradan qaldırmağı vəd edir. Burada məhsulun effektivliyini sübut etmiş elmi tədqiqatlar da böyük rol oynayırlar.
  • ABŞ-da yuxu məhsulları bazarı çox sürətlə inkişaf edir: döşəklər, smartfonlar üçün nəzərdə tutulmuş xüsusi proqramlar, ağıllı zəngli saatlar və s. Bu gün sağlamlıq dəbi cəmiyyətdə böyük populyarlıq qazanır, buna görə də insanlar özlərini yaxşı hiss etmək imkanı əldə etmək üçün böyük pul verməyə hazırdırlar. Buna baxmayaraq, bazar hələdə tam dolu deyil: pijama, yuxu maskaları, yastıq, yastıq çantaları, hər şey yeni texnologiyalarla tamamlana bilər.
  • Gravity şirkəti öz reklam kampaniyalarında tibbi dildən istifadə edərək, yuxusuzluq problemindən irəli gələn bir sıra fəsadları təsvir edir: kilo alma, stress, ürək-damar xəstəlikləri və s. Sağlamlığa gəldikdə, amerikalıların qənaət etmək üçün vaxtları yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...