ABŞ Türkiyəyə dempinq tətbiq etdi

Date:

Paylaş:

ABŞ Ticarət Nazirliyi dörd ölkəyə dempinq tətbiq etdiyini açıqlayıb. Bu ölkələrin arasında qonşu Türkiyə də var və dempinq siyasəti qiymətlərin maya dəyərindən aşağı salınması deməkdir.

Dempinq tətbiq edilən ölkələrin sırasına Kanada, Yunanıstan və Cənubi Koreya da daxildir.

ABŞ Ticarət Nazirliyi ilk növbədə boru idxalına ABŞ bazarında dempinq tətbiq edildiyini açıqlayıb, bu isə o deməkdir ki, məhsulun idxalına əlavə gömrük vergisi tətbiq edilməsinə zəmin hazırlaya bilər.

Cənubi Koreya və Türkiyənin ixracını subsidiyalaşdırdığını bildirən nazirlik məhsulu bazar qiymətindən Kanadanın 12.32%, Yunanıstanın 9.96%, Cənubi Koreyanın 20.39% və Türkiyənin isə 5.05%-ə qədər aşağı satdığını qeyd edib.

Qeyd edirlir ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası davam edən istintaq sonunda yerli sənayenin zərər gördüyünü müəyyən edərsə, bu məhsullara gömrük vergisi tətbiq ediləcək.

Məlumat üçün qeyd edək ki, dempinq – malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...