Tesla şirkətinin müvəffəqiyyət sirləri

Date:

Paylaş:

Tesla haqqında çox danışırlar. Kimsə onu gələcəyin maşını adlandırır, kimsə isə tənqid edir. Keçən ilin üçüncü rübündə ABŞ-da 56 mindən çox Model 3 alınmışdır. Hal-hazırda, bu maşın Amerikada çox populyardır. Hər bir Tesla avtomobilinin rentabelliyi 25% təşkil edir. Qeyd edək ki, bu sahədə orta göstərici daha aşağı olmaqla, 10-11% təşkil edir (lüks seqmentdə 15%). İlon Maskın uğur sirləri ilə bizimlə Malik Space şirkətinin əməkdaşı bölüşür.

Baxmayaraq ki, şirkətin 37 min nəfər əməkdaşı var, Tesla hələ də startup-dır. Burada hər şey olduqca ənənəvidir: zavod, işçilər, növbələr. Lakin, şirkətin bir fərqləndirici cəhəti də var. Bu, insanların əməyinə olan münasibətdir.

Tesla şirkətində çalışan hər bir kəsin vahid missiyası var: “Təbii resurslardan sili olmayan texnoloji dünyanın yaradılması”.

Şirkətin öz fəaliyyətində gözlədiyi bir sıra prinsiplər, ona məqsədlərinə çatmaqda kömək edirlər.

1. İyerarxiyanın olmaması

Şirkət müxtəlif departamentlərdən təşkil olunub, onların hər biri isə fərqli istiqamətdə fəaliyyət göstərir. Departamentə 10-15 nəfərlik bir neçə komanda daxildir, hansılar ki konkret vəzifələrin həlli ilə məşğul olurlar. Departamentin başında şirkətin viçe-prezidenti və CEO durur.

Hər bir komandanın öz lideri var. Bu, ayrı bir menecerlik vəzifəsi deyil, sadəcə əlavə məsuliyyətdir.

Liderin rəhbərliyi altında komanda üzvlərinin hər biri, üzərində çalışacaq vəzifələri seçirlər. Əgər kimdəsə yeni ideya yaranırsa, o, onu test edir. Digər insanların əlavə bacarıqlarına ehtiyac olduğu halda isə onlara yaxınlaşaraq deyir: “Mənim ideyam var. O, çox faydalı olacaq, çünki…Mənə kömək edə bilərsən?”.

Komandalar arasında kommunikasiya yaratmaq üçün, onlar Mttermost-dan istifadə edirlər.

Hər bir insan, istədiyi bir insana (hətta İlon Maska belə) öz ideyasını söyləyə bilər. Şirkətdə bir qayda möhkəmlənib: “İdeya, təklif və ya tənqid varsa, bu məsələni həll edə biləcək insana yaxınlaşmaq lazımdır”.

Bürokratiya haqqında xəbər tutmuş Mask, bütün iştirakçıları işdən çıxara bilər. Təbii ki, o, çox xırda məsələləri müşayiət etmir. Lakin, istədiyi yerə istədiyi zaman gələrək, işə qatıla bilər.

Mask digər mühəndisləri də bunu etməyə məcbur edir. Nə isə tərtib etdin – onu realizə etməyə cəhd et. Alındı? Digər işçilərə ötürə bilərsən.

Şirkətin əməkdaşları, öz vəzifələrinin həll edilməsi üçün lazımi olan bütün alətləri özləri seçirlər. Burada yeganə şərt – qiymətdir. Əgər hər hansısa məqsədlə 1 milyon dollardan çox vəsaitə ehtiyac varsa, bunu İlon Maska söylə. Digər hallarda isə tamamilə azadsan.

2. Hər bir əməkdaşın şəxsi marağında olması

Tesla şirkətinin hər bir əməkdaşı (adi fəhlə belə), şirkətin səhmlərini alır. Bununla onlar öz zəhmətinin nəticələrini görürlər. Məsələn, bu gün konveyerdən bir neçə yüz maşın buraxılıb. Mask bunu öz sosial şəbəkəsində qeyd etdi və səhmlərin dəyəri artdı. Bu, birbaşa korrelyasiyadır.

Əməkdaşlar şirkətə daxil olduqdan sonra, dərhal səhmlərini alırlar. Bu səhmlər 4 il ərzində “yetişirlər”. Bir illik təcrübədən sonra, işçi portfelin 25%-ni istifadə edə bilər, ikinci ildən başlayaraq isə daha 25%-ni sata bilər. Əməkdaşın göstərdiyi yaxşı nəticələrə görə aşağıdakı bonuslar verilə bilər:

  • Keş
  • İndicə ala biləcəyiniz səhmlər
  • Opsionlar

İşçilərin əksəriyyəti opsionları seçirlər.

Ümumilikdə işçinin əmək haqqı iki hissədən ibarət olur: 50% sabit əmək haqqı və 50% qazandığı bonuslar.

3. Əməkdaşların seçilməsinə qarşı sərt yanaşma

Əgər əməkdaş aylıq və rüblük hesabatlarda yaxşı nəticələr göstərirsə, onun əmək haqqı artır.

Əgər nəticələr üzrə qiymət mənfidirsə, ona kömək etməyə çalışırlar. Bu hal dəfələrlə təkrar olduğu halda isə işçiyə sinqa müddəti verilir. Adətən, bu, əməkdaşın yeni iş yerini axtarıb tapması üçün verilir. Tesla şirkətində vəzifədən asılı olmayaraq, əməkdaşların işdən çıxarılması prosesi çox sürətlidir.

4. İlon Mask – super ulduz

Hər bir startup-da təsisçinin şəxsiyyəti böyük əhəmiyyət kəsb edir. Maskdan qorxurlar, sevmirlər, amma ona inanırlar. İlon Mask zavoda gəldiyi zaman, məhsuldarlıq 30% artır.

Mask tələb edir. O, şiddətli fəaliyyətin görkəmini yaratmaq istəyinə deyil, insanların işində sağlam düşüncəsinə güvənir. Heç də hər kəs buna tab gətirə bilmir. Buna görə də şirkət daxilində axın çox güclüdür. Tesla şirkətinə əmək haqqının dalınca deyil, ideyanın dalınca gedirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...