Amerika Huawei texnologiyasını və avadanlıqlarını istifadə edən ölkələrlə informasiya mübadiləsini həyata keçirməyəcək. Bu, ABŞ-ın dövlət katibi Maykl Pompey ilə Fox Business News-ə verdiyi müsahibən sonra məlum olmuşdur.
Onun sözlərinə görə, hər hansı bir ölkə bu texnologiyaları mühüm informasiya sistemlərində istifadə edərsə, ABŞ məlumatların təhlükəsizliyini qorumaq məqsədilə onun mübadiləsini həyata keçirə bilməyəcək.
O, Vaşinqtonun ölkələrə Huawei texnologiyasından istifadəsi ilə bağlı mümkün risklərini izah etməyə çalışdığını vurğulayıb.
Xatırladaq ki, Amerika və Avstraliya Huawei şirkətini texniki casusluqda və gizli məlumatların toplanmasında günahladırıblar. ABŞ-ın dövlət katibi Mərkəzi və Şərqi Avropaya səfəri nəticəsində belə qənaətə gəlib ki, Çin texnologiyasının istifadəsi təhlükə yaradır. O, Huawei avadanlıqlarının alınmasından imtina etməyi qətiyyətlə tövsiyə edir.