Vergi yoxlamaları ilə dövlət büdcəsinə 466 milyon manat daxil olub

Date:

Paylaş:

2018-ci ildə 1707 səyyar vergi yoxlaması təyin edilib, 1703-ü başa çatdırılıb.

BizPlus.az Vergilər Naziliyinə istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə yoxlamaların sayı 3,3 dəfə azalıb. Belə ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4% göstəricidir.

Yoxlamaların sayının azalması ilə əlaqədar hesablanmış əlavə vəsaitin məbləği azalsa da auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsait dəfə artaraq 136,3 min manatdan 273,5 min manata çatıb.

Ümumiyyətlə, 2018-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 465,7 mln. manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 1,7 dəfə azdır.

Qeyd edək ki, 2017-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 787,8 mln. manata bərabər olub.\Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...