Bu rayon fındıqçılıqdan 18 milyon manat gəlir götürüb

Date:

Paylaş:

018-ci ildə Balakən rayonunda fındıq bağlarından 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 819 ton artıb. Rayon əhalisi fındıqçılıqdan 18 milyon manat gəlir götürüb.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər rayonda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, son üç ildə rayon ərazisində 4 min 278 hektar sahədə yeni fındıq bağları salınmaqla, bağların ümumi sahəsi 9 min 944 hektara çatdırılıb. Cari ildə daha 700 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...