Demək olar ki, hər birimiz onlayn ünsiyyət zamanı emoji istifadə edirik. Lakin, onların təsirindən bəlkə də xəbərimiz yoxdur.
Bu mövzuya nəzər salaq.
Birincisi, əgər ünsiyyət zamanı onlardan istifadə edirsinizsə, onda:
- sizi daha istiqanlı insan kimi qəbul edirlər
- sizi daha az səlahiyyətli biri kimi qəbul edirlər
- insanlar mətn və ya qrafik emoji-ləri eyni cür qavrayırlar
Hər şey bu qədər asan deyil
Burada insanın daha çox hansı istiqamətə yönəldiyi nəzərə alınmalıdır: dostluq münasibətləri və ya iş münasibətləri.
Əgər müştəri ilə ünsiyyət zamanı emoji istifadə etsəniz, dostluq münasibətlərinə yönələn insanların məmnuniyyətinin səviyyəsi daha yüksək olacaq. Unutmayın ki, iş münasibətlərinə yönələn insanlarla bu qayda işləmir, hətta əks təsir göstərə bilər.
Xidmətin səviyyəsi aşağı olduqda, nə baş verir?
Xidmətin səviyyəsi aşağı olduğu halda, emoji və ya smile istifadə etməyiniz tövsiyə olunmur. Belə ki, bu, müştərini daha da qıcıqlanmasına səbəb ola bilər.
İstehlakçıya əlavə diqqət və qayğı göstərsəniz bəs?
Qarşı tərəfə daha çox diqqət və ya qayğı göstərdikdə, münasibətlər dostluq münasibətlərinə doğru dəyişir və bu halda emoji-dən istifadə edərək, bu effekti daha da artıra bilərsiniz.
Emoji satışlara necə təsir göstərirlər
Tədqiqat Çinin onlayn mağazasında həyata keçirilib.
Tədqiqat nəticəsində müəyyən olundu ki:
- Emoji istifadəsi ilə dostluq münasibətlərinə yönəlmiş insanların xərclədiyi məbləğ arasında pozitiv əlaqə var.
- Emoji istifadəsi ilə iş münasibətlərinə yönəlmiş insanların xərclədiyi məbləğ arasında neqativ əlaqə var.
- İstehlakçıya qarışı göstərilmiş əlavə diqqət və qayğı, satışlara müsbət təsir göstərir.
Nəticə
- Emoji istifadə edirsinizsə, insanlar sizi daha istiqanlı biri kimi görürlər.
- Emoji istifadə edirsinizsə, insanlar sizi daha az səlahiyyətli biri kimi görürlər.
- Əgər müştəri ilə ünsiyyət zamanı emoji istifadə etsəniz, dostluq münasibətlərinə yönələn insanların məmnuniyyətinin səviyyəsi daha yüksək olacaq və əksinə.
- Əgər xidmət aşağı səviyyədə göstərilibsə, emoji istifadə etməyin.
- Müştərinin gözləmədiyi əlavə diqqət və qayğı, məmnuniyyətin səviyyəsini yüksəldir.
- Dostluq münasibətlərinə yönəlmiş insanlarla ünsiyyət zamanı emoji istifadə etsəniz, satışlar artacaq.
- İş münasibətlərinə yönəlmiş insanlarla ünsiyyət zamanı emoji istifadə etsəniz, satışlar azalacaq.
- İstehlakçıya göstərilmiş əlavə diqqət və qayğı, satışları artırır.
İnsanlarla qarşılıqlı əlaqələr qurduğunuz zaman, bu məqamları nəzərə alın. Uğurlar!