Azərbaycanda loqistika

Date:

Paylaş:

Nəqliyyat, iqtisadiyyatın elə bir sahəsidir ki, onsuz heç bir sahə formalaşa bilməz. Beləliklə loqistika biznesdə rəqabət qabiliyyətini yüksək səviyyədə saxlamaq üçün müəssisənin ssenarisində təsirli bir silahdır. Azərbaycan iqtisadiyyatın inkişafı üçün qısa, orta və uzunmüddətli siyasət istiqamətləri təyin edərək, o cümlədən bir sıra strateji prioritetlər və həmin məqsədlərə çatmaq üçün fəaliyyətlər müəyyənləşdirərək ticarət və loqistikanın inkişafı üzrə strateji yol xəritəsi hazırlayıb.

Azərbaycanın 2020-ci ilə kimi loqistika və ticarətə dair baxışına, yükdaşımaların cəlb edilməsi ilə yanaşı, regional tranzit yükdaşımalarında əlavə dəyərin yaradılması daxildir.

Tənzimləyici amillər hesabına regionda bu sahə üzrə daha cəlbedici olmaq və vacib mərkəzə çevrilmək üçün Azərbaycan 2025-ci ilə qədər loqistika və ticarət infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirmək niyyətindədir.

2025-ci ildən etibarən Azərbaycanın uzunmüddətli məqsədi digər ölkələrlə güclü əlaqələrə malik səmərəli fəaliyyət göstərən logistik mərkəzlər vasitəsilə regional logistika mərkəzi olmaqdır.

Növbəti hədəflərə çatmaq üçün ölkədə bir sıra loqistika mərkəzləri yaratmaqla, Azərbaycan regionun tranzit ticarətində payını artırmaq niyyətindədir:

1. Mərkəzi Asiya Qara dəniz marşrutunun 40%-i

2. Mərkəzi Asiya və Avropa marşrutunun 25%-i

3. Çin və Avropa marşrutunun 3%-i

4. Rusiya və İran marşrutunun 40%-i

5. İran və Qara dəniz marşrutunun 25%-i.

İnkişafa böyük ehtiyac olsa da, faktiki vəziyyəti əvvəlki illərlə müqayisədə qənaətbəxş hesab etmək olar.

Bu ilin yanvar-oktyabrında qeyri-neft sektoru üzrə 1 milyard 351 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. Azexport.az portalına ilin ilk 10 ayında 433 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayının təqdimatında bu barədə məlumat verilib.

Prezident İlham Əliyevin ötən həftə Türkmənistana səfərinin təfərrüatları da region ölkələri ilə əlaqələrə verilən əhəmiyyəti ifadə edirdi.

Yeni ixrac siyasəti yürüdən Azərbaycan üçün bu bölgə də potensial bazar kimi çıxış edə bilər. Eyni zamanda, Orta Asiya və Azərbaycan birlikdə Şərqlə Qərb arasında əhəmiyyətli nəqliyyat dəhlizi kimi çıxış etməkdədir.

Aşağıda göstərilən cədvəldə 2001-ci ildən 2017-ci ilədək olan dinamika tonla qeyd edilib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Hökumətlərarası Komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verildi və bu müddət ərzində 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlandı. Proqnozlara görə, dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə daşımaların 87 faiz artması gözlənilir. Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizdən keçən “Orta dəhliz”lə bu yükün 10 faizi daşınarsa, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir. Layihə siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik, sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də qlobal inkişafa töhfə verəcək.

Məlumat üçün onuda qeyd edim ki, ixrac payında qeyri-neft sektoru üzrə ixracın dəyəri 1 milyard 207 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 138 milyon dollar və ya 13% artıb. İxracın coğrafiyasına gəlincə, ilk 5-liyə əsasən Rusiyaya 402,2 Türkiyəyə 275,6, İsveçrəyə 105,2, milyon dollar dəyərində mal satılıb. İxracda sonrakı yerləri Gürcüstan və Qazaxıstan bölüşür.

Hazırda, Azərbaycanda müasir və innovativ servis göstərə biləcək yerli Beynəlxalq loqistika şirkətlər artmaqdadır. Son İKT həllər və avtonəqliyyat növləri təklif edən şirkətlər artıq hava, dəniz və dəmiryolu yükdaşımları üçün strategiya hazırlamaqdadır. Bu isə gələcək üçün iqtisadi artımın daha da yüksələcəyinə bir işarədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...