Ford-un yaradıcısı Henri Ford-dan 10 Sitat

Date:

Paylaş:

İstehsalatda inqilab edən, avtomobil sənayesini kökündən quran və dünyanın ən böyük şirkətlərindən birinin təsisçisi olan Henri Ford düyanın ən böyük sənayeçilərindən biridir. İxtiraları və düşüncə tərzi ilə hamımıza nümunə olan Henri Ford-dan qulağınıza sırğa olacaq 10 sitat:

1) Uğursuzluq – yenidən və bu dəfə daha ağıllı şəkildə başlamaq üçün fürsətdir.

2) Keyfiyyət – heç kimin baxmadığında da doğru olanı etməkdir.

3) Səhv tapmayın, həll yolu tapın.

4) Hər şeyin sizə qarşı olduğunu düşünürsənsə, təyyarənin küləklə birlikdə deyil, küləyə qarşı hərəkət etdiyini xatırla.

5) Maneələr – gözlərinizi hədəfinizdən ayırdığınızda gördüyünüz qorxuducu şeylərdir.

6) Bacaracağınızı düşünürsünüzsə, doğrusunuz; bacarmayacağınızı düşünürsünüzsə, yenə də doğrusunuz.

7) Düşünmək ən ağır işdir, bu səbəbdən dolayı çox az insan bu işə girişir.

8) Pul bir qol və ya ayaq kimidir. Ya istifadə edərsən, ya da itirərsən.

9) İnsanlardan nə istədiklərini soruşsaydım, daha sürətlə hərəkət edən at istehsal edərdim.

10) Bir yerə toplaşmaq başlanğıc; bir yerdə olmaq irəliləmək; birlikdə işləmək isə uğurdur.

moneta.az

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...