Azərbaycana gətirilən mallar nişanlanacaq

Date:

Paylaş:

Aşağı ğömrük tarifləri ilə ölkəyə gətirilən, sonradan isə satışa çıxarılan məhsulların yerli istehsala zərbə vurması ilə bağlı bir neçə sahibkar məsələ qaldırmışdı.

Oxu.Az xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, bu, ciddi məsələdir və nazirlik bunun qarşısını almaq üçün malların nişanlamasına başlayacaq.

Yəni gömrükdən Azərbaycana keçən hər bir məhsul nişanlanacaq və bu, imkan verəcək ki, həmin məhsulun ölkə üzrə bütün hərəkəti izlənilsin.

S.Ələkbərov hesab edir ki, bu, nəticədə, mal və məhsullar üzrə uçotun düzgün qurulmasına və iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...