Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb

Date:

Paylaş:

2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.

“Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət “Qala Sığorta” ASC-dir. Bu şirkət hesabat dövründə 1,963 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta”dır. Bu şirkətin ödənişləri ötən il 49,52 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 14% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkət il ərzində 8,064 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 73,3% azalaraq 14,72 milyon manata düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...