Azərbaycanda quş yemi istehsalı sahəsində vergi güzəştləri tətbiq edilə bilər.
“Bizplus.az” – ın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, üç qurum – İqtisadiyyat, Kənd Təsərrüfatı və Vergilər nazirlikləri müvafiq təkliflər hazırlayır.