2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.
“Bizplus.az” xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.
Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.
Onun sözlərinə görə, havalar soyuduqca torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.
N.İbrahimov vurğulayıb ki, havalar istiləşməyə başladıqca bazarda canlanma yaranacaq və bu da qiymətlərin artmasına səbəb olacaq:
“Bu aylar torpaq almaq üçün əlverişli vaxtdır”.