“Kiçik və orta sahibkarlarla iş axtaranlar arasında əlaqə yaradılacaq”

Date:

Paylaş:

“Azərbaycanda kiçik və orta biznes üçün kadr bankının yaradılması istiqamətində iş aparılır”.

“Bizplus.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla bağlı hazırda İqtisadiyyat Nazirliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə müzakirələr aparılır.

S.Babayev əlavə edib ki, xüsusilə yeni yaradılan təsərrüfatların sahibkarlar üçün kadr bazasına sadə çıxış imkanları olacaq: “Məşğulluq xidmətlərinin avtomatlaşdırılması bütün sahibkarlar üçün bir neçə istiqamətdə yeni imkanlar yaradacaq. Bütün işsiz və işaxtaran insanlar üçün onların bazasına birbaşa giriş imkanı yaradılacaq. Yəni sahibkarın axtardığı işçi qüvvəsinə sərbəst çıxış imkanı alacaq. Sahibkarlar üçün bu sahədə maraqlı olan hissə işçi resurslarıdır”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...