“Apple” 2018-ci ildə 9000 ABŞ şirkəti və ya 450 min insana dəstək olmaq üçün 60 mlrd. dollar xərcləyib.
“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə şirkətin ABŞ iqtisadiyyatına qoyduğu investisiya 10% artıb. Xüsusilə, ötən il “Apple” “Finisar” şirkətinə “Face ID” sisteminin sifarişi üçün 390 mln. dollar xərcləyib.
Şirkətin hesabatlarına görə, şirkətin son 8 ildə iş yeri, ABŞ şirkətlərinə maliyyə dəstəyi 2 dəfədən çox artaraq 50 ştatı əhatə edib.
Bundan başqa, rəsmi rəqəmlərə görə, “Apple” şirkətinin 80 min əməkdaşı var və 1,5 mln.dan artıq şəxs isə “Apple”ın ortaq olduğu şirkətlərdə çalışır.