Dövlət Agentliyindən işsizlərə müraciət: «MÜRACİƏT EDİN, İŞƏ GÖTÜRƏK»

Date:

Paylaş:

Bu il yol infrastruktur layihələrinə 300-dək işsiz vətəndaş cəlb ediləcək. “Bizplus.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Agentlik bildirib ki, ölkədə sosial siyasətin əsas istiqamətlərindən biri də işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələrin daha da genişlənməsidir.

Qurum açıqlayıb ki, 2016-2018-ci illərdə görülən işlərdə 3 minədək işsiz və iş axtaran daimi işlə təmin olunub. Təkcə 2018-ci ildə 615 vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.

Cari ildə isə daha 300-dək vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.

Yeni yol infrastrukturu layihələri bunlardır:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu;

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi; Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Qırmızı körpü hissəsi;

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara-İran sərhədi hissəsi;

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu;

Bəhramtəpə-Biləsuvar avtomobil yolu.

Bu işlərdə həmin yolların keçdiyi rayonlar üzrə məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olanlar çalışa bilərlər. «Yol fəhlələri və yol tikintisi sahəsi üzrə, eləcə də yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətlərinə müraciət edə bilərlər»-deyə məlumatda bildirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...