Azərbaycanda soğan niyə bahalaşıb: Suriyaya satırlar? – ARAŞDIRMA

Date:

Paylaş:

Bir neçə gündür ki, Bakı bazarlarında soğanın qiyməti qalxır, artıq bir kiloqramının topdan satış qiyməti 60 qəpiyə yüksəlib.

İqtisadiyyat.Az xəbər verir ki, pərakəndə ticarətçilər isə onu 70-80 qəpiyə satırlar.

Soğan niyə bahalaşıb?

Ticarətçilər deyirlər ki, Azərbaycanda keyfiyyətli və sağlam soğan qıtlığı yaranıb. Çünki yararlı soğan Türkiyəyə satılır və hazırda qonşu ölkədə soğanın kiloqramı Azərbaycan valyutası ilə 1 man 80 qəpiyədir. Üstəlik, informasiya bununla da kifayətlənmir, deyilənə görə, Türkiyə bazarına gedən soğanın bir hissəsi isə oradan Suriya bazarına göndərilir.

Ümumiyyətlə, Azərbaycandan soğan almaq istəyənlər çoxdur, amma sağlam soğan tapılmır. Bu sahə ilə məşğul olanlardan əldə etdiyimiz məlumata görə, ölkədə, əslində, bol soğan var, ancaq bizim soğanımız xəstə olduğundan xaricə göndərə bilmirik. Belə ki, soğanda fermerlər arasında “kartof xəstəliyi” adlanan xəstəlik aşkar edilib.

Bu xəstəliklərin mənbəyi isə kartof, soğan əkilən torpaqlardır. Torpaqlarda xəstəliyə qarşı mübarizə tədbirləri aparılmadığından ziyanverici becərilən məhsulun kökündə yaşayır. Soğan 100 dərəcədə bişdiyindən bu xəstəlik insan orqanizmi üçün təhlükə yaratmır, ancaq xarici alıcı bizim kimi nə gəldi yemir, onların standartları və normativləri var.

Ona görə də dünən Qida Təhlükəsizliyi Agentliyi də sahibkarlara müraciət edərək, göndərdikləri soğanın tərkibinə qarşı diqqətli olmağa çağırdı və xəstəliyin adını da açıqladı.

“Ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir”.

İxracla məşğul olan adamlar deyir ki, Türkiyəyə satdıqları, əsasən, Özbəkistan soğanıdır, amma indi Özbəkistandan soğan almaq olmur, çünki bu ölkənin özündə tələbat yüksəlib. Ümumiyyətlə, dünyada soğan istəyən idxalçılar çoxdur, amma Azərbaycan ixracatçıları tələbi ödəyə bilmir, çünki sağlam soğan tapmır. Səbəb isə budur ki, Azərbaycanda soğan düzgün əkilmir, saxlamaq üçün texnoloji anbar sistemi yoxdur. Məhsulu sahədən vaxtında yığmırlar və düzgün saxlamırlar, hamısı tövlədə, anbarda, sahədə qalır, bu isə xəstəlikdir.

“İnsanlara soğan, kartof əkməyi öyrətmək lazımdır, əkdikləri məhsullar, onların xəstəlikləri haqqında heç nə bilmirlər. Ölkədə bir neçə nəfər pul qoyub anbar tikdirən adamda sağlam soğan var. Ağdamın Dördyol ərazisində isə soğan doludur, əvvəl kisəsini üç manata deyirdilər, indi altı manata verirlər. Amma alan yoxdur, çünki xəstədir”, – soğan bazarının iştirakçılarından biri deyib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...