“Durğunluq riski görmürəm”

Date:

Paylaş:

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) Davos Zirvəsində “Bloomberg International”a danışıb.

“Bizplus.az” xəbər verir ki, Laqard, qlobal artım proqnozlarını aşağı saldıqlarını, ancaq durğunluq riski görmədiklərini, ticarət “müharibələri” və “Brexit”in ən mühüm risklər olduğunu bildirib. Laqard deyib:

“Məndən bir durğunluq riski görüb görmədiyimi soruşanız sizə cavabım “yox” olacaqdır. Biz üfüqdə gördüyümüz risklərə Oktyabrda olandan daha yaxın nöqtədəyik. Elə bu səbəbdən də iqtisadi artım proqnozumuzu aşağı salmışıq. Əgər bu risklər baş verərsə, o zaman tamamilə fərqli bir hekayə yaranacaqdır.

Məndən ən mühüm risklərin hansılar olduğunu soruşdunuz. Əgər həll olunmasa ticarət müharibələri və “Brexit” qeyri-müəyyənlikləridir. Çünki necə həll olunacaq, hansı proses daxilində həll ediləcək, ya da çıxış baş verdikdən sonra necə olacaq bilmirik. “Brexit”dən İngiltərə daha çox, Avropa Birliyi az təsir görəcək. Maliyyə sektoru nəzərə alınmasa, sistemli bir risk yarada bilər. Ticarət gərginlikləri artmağa davam etsə Çinin iqtisadi inkişafının ləngiməsində artım görə bilərik.

Diqqətinizi bir şeyə yönəltmək istəyirəm. Ümumi qlobal artım proqnozumuzu aşağı salmağımıza baxmayaraq, iki ölkənin iqtisadi artım proqnozlarını azaltmamışıq. Bunlar; ABŞ və Çindir. ABŞ-da vergi islahatı aparıldı. Bu da iqtisadi inkişafa kömək oldu. Yeni məşğulluq yaranmasını təmin etdi. Çinə baxanda da son bir neçə ayda atılan təşviq addımlarının çox yaxşı qarşılandığını deyə bilərəm. Çin indiyədək ticarət müharibəsinin mənfi təsirlərinə qarşı dura bildi, eyni zamanda kredit azalmasını da dayandıra bildi və ümid edirik ki, bu şəkildə də davam edəcəkdir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...