“BuzzFeed” media şirkəti təxminən 225 işçini işdən çıxaracaq. Bu barədə “Recode” yazır.
Ümumilikdə, şirkətdətəxminən bir min yarım nəfər çalışır. BuzzFeed, gəlir artımına baxmayaraq heyəti ixtisar etmək qərarına gəlib. CEO John Peretti-yə görə, bu artım kifayət etmir və xərclər ixtisar olunmalıdır.
Peretti, heyətin “bazar ertəsi günündən gec olmayaraq” 28 yanvar 2019 tarixində bütün detalları öyrənə biləcəyini açıqlayıb.
“Buzzfeed” şirkətində işdən çıxarılmanın keçmiş dalğası 2017-ci ilin noyabr ayında baş vermişdir. Qeyd edilmiş dövrdə təxminən 100 işçi işdən çıxarılmışdı.